Fransanın xarici işlər naziri - Gürcüstanın Avropa İttifaqının yoluna qayıda bilməsi üçün fundamental azadlıqlar və siyasi plüralizm qorunmalıdır
Fransanın xarici işlər naziri Jan-Noel Baro oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinə “X” sosial şəbəkəsində münasibət bildirir.
O deyib ki, Gürcüstanın Avropa İttifaqının yoluna qayıda bilməsi üçün fundamental azadlıqlar və siyasi plüralizm qorunmalıdır.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ilkin rəyləri indilərdə parlament seçkilərinin keçirildiyi Gürcüstanda son vaxtlarda inkişaf etmiş hadisələrlə bağlı narahatlığımızı təsdiqləyir. Hakimiyyətin pozuntularla bağlı ittihamları araşdıracağını gözləyirik. Gürcüstanın Avropa İttifaqının yoluna qayıda bilməsi üçün fundamental azadlıqlar və siyasi plüralizm qorunmalıdır” – Fransanın xarici işlər naziri Jan-Noel Baro “X” sosial şəbəkəsində yazır.