Fransanın cənub bölgələrində rekord yüksək hava temperaturu qeydə alınıb

15:59, 06.04.2024

Fransanın cənub bölgələrində rekord yüksək hava temperaturu qeydə alınıb. Bəzi yerlərdə havanın temperaturu 31 dərəcəyə çatır ki, bu da ilin bu vaxtında nadir haldır.

Sinoptiklər havanın temperaturunun yüksəlməsini Şimali Afrikadan gələn istilik dalğaları ilə izah edirlər.

İspaniya sərhədinə yaxın Ortez şəhərində cümə günü havanın temperaturu 31 dərəcəyə çatıb. İlk “tropik gecə” aprelin 4-dən 5-nə kimi həmin bölgənin Biarrits şəhərində müşahidə olunub, bütün gecə boyu temperatur 20 dərəcə olub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yay mövsümündə şəhər üçün ilk “tropik gecə” 7-8 iyun tarixlərində qeydə alınıb.

Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə dağlarda temperaturun 2 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da aprelin əvvəli üçün qeyri-adi haldır.

Oxşar