Fransanın İqtisadiyyat və Maliyyə Naziri - Gürcüstana səfər edib, münasibətlərimizin dərinləşdirilməsini səbirsizliklə gözləyirəm
Fransanın İqtisadiyyat və Maliyyə Naziri - Gürcüstana səfər edib, münasibətlərimizin dərinləşdirilməsini səbirsizliklə gözləyirəm

Parisə səfər çərçivəsində, Gürcüstan prezidenti Salome Zurabişvili Fransanın İqtisadiyyat və Maliyyə Naziri Bruno Le Mer ilə görüşdü.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Gürcüstan və Fransa arasında mövcud olan iqtisadi və ticari ələqələri müzakirə etdilər.

Söhbət biznes bağlantılarının genişləndirilməsi və daha çox investisiyaların həyata keçirilməsinə toxundu.

Bruno Le Mer bəyan etdi ki, Gürcüstana getməyi səbirsizliklə gözləyir.

“Yaxşı dostum olan Gürcüstan prezidentini qonaq etmək şərəfim oldu. Mən prezidentə dedim ki, Fransa Gürcüstanda daha çox investisiyaların həyata keçirilməsi üçün hazırdır. Məsələn, turizm sahəsində bir çox layihələrimiz var. Çox konstruktiv və maraqlı söhbətimiz oldu. Gürcüstana getməyi səbirsizliklə gözləyirəm” – dedi Fransanın İqtisadiyyat Naziri.