Fransanın Gürcüstandakı səfirliyinin polis attaşesi uğurlu əməliyyata görə Gürcüstan Prokurorluğuna və Avropa istintaq qrupuna təşəkkür edib
Biz Baş Prokurorluğa və onun bütün əməkdaşlarına təqdimata, nəticələrə, səfərbərliyə, uğurla həyata keçirilmiş əməliyyata görə təşəkkürümüzü bildirir, eləcə də bu tədbirdə iştirak edən Avropa istintaq qrupunun üzvlərinə xüsusi məmnunluğumuzu ifadə edirik -bu haqda Fransanın Gürcüstandakı səfirliyinin polis attaşesi Olivie Lefebriv Avropa İttifaqı ölkələrindəki kitabxanalardan bahalı kitabların oğurlanması faktlarının açılması ilə əlaqədar Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə deyib.
O bildirib ki, sözügedən cinayətin üstü açılan kimi Fransanın və Dənizaşırı Ərazilərin Daxili İşlər Nazirliyinin Mədəni İrsin Qeyri-qanuni Ticarətinə Qarşı Mübarizə üzrə Baş Ofisi Avropa Agentliyi, “Avropol”a müraciət edib və aşkarlanmış faktlar əsasında “Eurojust” və “Avropol”un rəhbərliyi ilə hüquqi qrup və vahid Avropa istintaq qrupunun yaradılmasını tələb edib.
Olivie Lefebriv bildirib ki, birgə istintaq qrupunun yaradılması ilə bağlı tələb təmin edilib və beynəlxalq tərəfdaşlıq və əməkdaşlıq nəticəsində sözügedən tədbir sonda uğurla həyata keçirilib.
“Bu birgə istintaq prosesində iştirak edən İsveçrə, Litva, Fransa və digər Avropa ölkələrindən olan həmkarlarıma təşəkkür edirəm”- Fransanın Gürcüstandakı səfirliyinin polis attaşesi qeyd edib.
Gürcüstan Prokurorluğu Fransa, İsveçrə və Litvanın müvafiq qurumlarının iştirakı ilə transmilli cinayətin üstünü açıb.