Fransanın ədliyyə naziri rəqibi Marin Le Pen olacağı təqdirdə, 2027-ci il prezident seçkilərində Jan-Lük Melanşonun qalib gələcəyini istisna etmir
Fransanın ədliyyə naziri Jerald Darmanenin bildirdiyinə görə, 2027-ci il prezident seçkilərinin ikinci turunda rəqibi ifrat sağçı partiyanın lideri Marin Le Pen olacağı təqdirdə, ifrat solçu siyasətçi Jan-Lük Melanşonun qalib gəlməsi mümkündür.
“Əgər Melanşon ikinci tura keçib Marin Le Pen ilə qarşılaşsa, düşünürəm ki, bu, ölkəmiz üçün böyük bir şok olacaq”, – Darmanin bildirib.
Onun sözlərinə görə, belə olan halda Melanşonu baxışları ictimai rəyə mühüm təsir göstərən solçu seçicilər dəstəkləyəcək.
“Cənab Melanşonun heç vaxt Respublika Prezidenti olmamasını təmin etməyin ən yaxşı yolu onun ikinci tura keçməsinə imkan verməməkdir”, – Darmanin bildirib.
Darmanin sağçı-mərkəzçi “Respublikaçılar” partiyasının lideri Bruno Retayonu və “Renessans” partiyasının lideri, sabiq baş nazir Qabriel Attalı prezident seçkilərində iştirakdan imtina etməyə və mərkəzçi düşərgənin vahid namizədi, Fransanın keçmiş baş naziri Eduar Filippi dəstəkləməyə çağırıb.
İctimai rəy sorğuları göstərir ki, ikinci turda Melanşonla qarşılaşacağı təqdirdə Marin Le Pen qalib gələcək.
Fransanın prezident seçkilərinin birinci turu 18 apreldə, ikinci tur isə ehtimal ki, 2 mayda keçiriləcək.