Fransanın Daxili İşlər Naziri - Gürcüstanla vizasız gediş-gəlişin dayandırılması haqqında söz etmədim, çünki əməkdaşlığımız davam edir, ancaq belə bir ehtimal da var
Gürcüstanla vizasız gediş-gəlişin dayandırılması haqqında söz etmədim, çünki əməkdaşlığımız davam edir, ancaq belə bir ehtimal da var, – bu barədə bəyanatı Fransanın Daxili İşlər Naziri Kristof Kastaner, Gürcüstanlı həmkarı Giorgi Qaxaria ilə görüşdən sonra keçirilən birgə brifinqdə verdi.
Fransa Daxili İşlər Naziri bu bəyanatı jurnalistin sualına cavab olaraq, verdi. Jurnalist soruşdu ki, Fransa Gürcüstandan gələn emiqrasiya fonunda, Gürcüstanla vizasız gediş-gəliş rejiminin dayandırılması məsələsini müzakirə edir ya yox?
Kristofer Kastanerin dediyinə görə, gürcü tərəfi ilə bu məsələ ilə bağlı əməkdaşlıq davam edir.
Onun dediyinə görə, Fransadan sığınacaq istəyənlərin sayı 2017-ci ildən sonra daha da artdı.
“Eritrea, Sudan, bu ölkələrdən Fransadan sığınacaq istəyənlər çoxdur və Gürcüstandan da onlarla eyni sayda tələbin gəlməsi biraz təhqir edicidir. Gürcüstanda müharibə yoxdur, ancaq 2017-ci ildən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı lap artdı” – dedi Fransanın Daxili İşlər Naziri.
“Gürcüstan üçün Şengen zonasına vizasız səyahət rejimi çox önəmlidir, ancaq bu məsələlər üzrə əməkdaşlıq edərək, işləməsək, sabah həqiqətən də Gürcüstanın Avopaya səyahət imkanı məhdudlaşdırıla bilər” – dedi Kristof Kastaner.