Fransanın Daxili İşlər Naziri - Gürcüstan təhlükəsiz bir ölkədir və Fransadan sığınacaq istəyənlər siyahısında birinci olması normal deyil
Fransanın Daxili İşlər Naziri - Gürcüstan təhlükəsiz bir ölkədir və Fransadan sığınacaq istəyənlər siyahısında birinci olması normal deyil

Fransadan sığınacaq istəyənlər siyahısında Gürcüstanın birinci olması normal deyil, – bu barədə bəyanatı Gürcüstanda səfərdə olan Fransa Daxili İşlər Naziri Kristof Kastaner verdi.

Fransa Daxili İşlər Nazirinin dediyinə görə, bu baxımdan Gürcüstanla birgə əməkdaşlıq istəyi bildirildi.

“Əməkdaşlıq edəcəyimiz ilk önəmli məsələ, vətəndaşlarımız tərəfindən törədilən cinayətlərlə mübarizədir. Bu sahədə daha öncə də efektiv əməkdaşlıq təcrübəmiz olub.

Bununla yanaşı, xüsusilə də, qeyri-qanuni miqrasiya məsələsini qeyd edəcəm, çünki Gürcüstan müharibənin olduğu bir ölkə deyil. Gürcülər Fransaya səyahət edə bilərlər, ancaq onlar başqa ölkələrdə Eldorado axtarırlar və gedəndə görürlər ki, onları əslində başqa şəraitlər gözləyir. Bu məsələ ilə bağlı da iki tərəfli əməkdaşlıq gərəktir.

Fransa vətəndaşları üçün qeyri-qanuni emqrasiya böyük baş ağrısıdır. Gürcüstanın Fransadan sığınacaq istəyənlər siyasıhında birinci olması heç normal deyil. Gürcüstan dinamik bir ölkədir və mövcud olan siyasi vəziyyət bu tələb uyğun deyil, – dedi Fransanın Daxili İşlər Naziri.