Fransanın Daxili İşlər Naziri - Fransaya qaçqın statusu üçün gələn gürcülərə demək istəyirəm ki, biz onlara qarşı çox sərt olacağıq
“Cari ilin ilk ayında, Fransadan sığınacaq tələb edənlər arasında Gürcüstan birinci yerdə idi və bu bir anomaliya idi” – bu barədə bəyanatı Fransanın Daxili İşlər Naziri Kristof Kastaner Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri ilə görüşdən sonra verdi.
“Gürcü tərəfi ilə xüsusi nəzarət mexanizmlərinin tətbiq edilməsi barədə müzakirə apardıq. Həmçinin, təşkil edilmiş cinayətlərlə mübarizədə əməkdaşlığın gücləndirilməsi barədə söhbət etdik. Gürcü həmkarıma yüksək səviyyəli əməkdaşlıq üçün təşəkkür edirəm.
Gürcüstana səfərimdən sonra, Fransadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı xeyli azaldı və bu göstəriciləri daha yüksək səviyyəyə çıxardmalıyıq” – dedi Kastaner.
Onun dediyinə görə, Fransa istəyir ki, Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimi təhlükə altında olmasın.
“Fransaya sığınacaq üçün gəlməyi planlayan gürcülərə isə, demək istəyirəm ki, biz onlara qarşı çox sərt olacağıq və sığınacğı həqiqətən ehtiyacı olanlara verəcəyik” – dedi Kristof Kastaner.