Fransanın Baş naziri - Rusiya tərəfindən başqa ölkələrin daxili işlərinə müdaxilə bizim yeni dünya müharibəmizə çevrilə bilər
Fransanın Baş naziri - Rusiya tərəfindən başqa ölkələrin daxili işlərinə müdaxilə bizim yeni dünya müharibəmizə çevrilə bilər

 
Rusiya tərəfindən başqa ölkələrin daxili işlərinə müdaxilə bizim yeni dünya müharibəmizə çevrilə bilər-bu haqda Fransanın Baş naziri Qabriel Attal Fransanın “France 2” radiosuna müsahibəsində danışıb. Fransa hökumətinin başçısı Rusiyanın hərəkətlərini “parçalanma səpməyə hədəflənmiş xarici manipulyasiyalar” adlandırıb.

Attal, Rusiyanın müdaxiləsinin ictimai rəyi manipulyasiya etməyə çalışdıqları zəhər olduğunu bildirib. O, Rusiya Federasiyasının Fransanın təhlükəsizliyini yeni, hibrid formada təhdid etdiyini söyləyib.

Attal bu müdaxiləyə nümunə kimi Eyfel qülləsinə üzərində Fransa bayrağı və “Ukraynanın fransız əsgərləri” yazısı olan tabutların aparıldığı son hadisəni göstərib.

Məlumat üçün bildirək ki, Fransanın qanunverici orqanı xarici müdaxilə ilə mübarizəyə xidmət edən qanun qəbul edib. Sənədə əsasən, xarici dövlətlərin maraqlarının lobbiçiliyi ilə məşğul olan əcnəbilər milli reyestrdə qeydiyyatdan keçməlidirlər. Bu qanun eləcə də oxşar fəaliyyətdə şübhəli bilinən şəxslərin əmlakına həbs qoyulmasına imkan verir.