Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonnanın Gürcüstana səfəri başladı
Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonnanın Gürcüstana səfəri başladı

Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna Gürcüstana səfər edir. Fransa Xarici İşlər Nazirliyinin rəhbərini Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər nazirinin müavini Teimuraz Cancalia qarşılayıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, səfər çərçivəsində fransalı diplomat xarici işlər naziri İlia Darçiaşvili ilə görüş keçirəcək, bundan sonra mətbuata birgə bəyanatlar veriləcək.

Katrin Kolonna Gürcüstana səfəri çərçivəsində həmçinin Gürcüstan hökumətinin başçısı İrakli Ğaribaşvili ilə də görüşəcək.

Fransanın xarici işlər nazirini Gürcüstan Prezidenti Salome Zurabişvili də qəbul edəcək.

Qeyd edək ki, 2018-ci ildən sonra bu, Fransa xarici işlər nazirinin Gürcüstana ilk səfəridir.