Fransanın Avropa İşləri üzrə Dövlət naziri - namizəd və Avropa perspektivi olan bütün ölkələr geosiyasi sabitliyimiz və gücümüz üçün vacibdir
Fransanın Avropa İşləri üzrə Dövlət naziri - namizəd və Avropa perspektivi olan bütün ölkələr geosiyasi sabitliyimiz və gücümüz üçün vacibdir

 
Avropa İttifaqının bütün namizəd ölkələri və Avropa perspektivinə malik bütün ölkələr geosiyasi sabitliyimiz və gücümüz üçün vacibdir-bu barədə Fransanın Avropa İşləri üzrə Dövlət naziri Lorens Buni açıqlayıb.

O, Avropa Komissiyasının qiymətləndirməsini qabaqlaya bilməyəcəyini deyib.

“Geosiyasi baxımdan bütün namizəd ölkələr və Avropa perspektivi olan bütün ölkələr vacibdir. Təbii ki, mən gələn həftə Avropa Komissiyasının və dekabrda Avropa Şurasının deyəcəklərini qabaqlaya bilmərəm, lakin bu ölkələrin hər biri geosiyasi sabitliyimiz və gücümüz üçün vacibdir”-deyə Lorens Buni açıqlayıb.

Gürcüstanın irəliləyişini necə qiymətləndirəcəyi ilə bağlı suala, Lorens Buni belə cavab verib: “Gələn həftə Avropa Komissiyasının hesabatını gözləyirik, hərçənd Gürcüstanın xarici işlər naziri ilə bu gün görüşürəm”.