Fransadaki hücumu 26 yaşlı Reduan Lakdim etdi - Fransada nə baş verdi
Fransanın Trebes şəhərindəki hücümü 26 yaşlı Reduan Lakdim etdi – bu barədə məlumatı Fransanın Daxili İşlər Naziri Jerard Kolomb verdi.
BBC-nin məlumatına görə, qeyd olunan şəxs Fransa hüquqmühafizəçiləri tərəfindən daha öncə də axtarışda idi. Yayılan məlumata görə, o “İslam dövləti” ilə əməkdaşlıq edirdi.
Fransada nə baş verdi
Hücum edən şəxs, Trebes şəhərindən 8 kilometr məsafədə olan Kvarkasone şəhərində öncə avtomobil oğurladı, bir yolçuyu öldürdü, sürücüyü yaraladı və qaçmağa çalışdı, ancaq polis tərəfindən yaxalanarkən bir polisi yaraladı və Trebesdəki Super-U mağazasına daxil oldu.
Görənlərin dediyinə görə, mağazaya girən şəxs “Allah Əkbər” deyə bağırırdı və deyirdi ki, Suriyənin intiqamını alır.
Hücum edən şəxs insanları girov götürdü və Paris teraktına görə həbs edilən Saleh Abdelsalamın azad edilməsini tələb edirdi.
Xüsusi əməliyyat
Hüquqmühafizəçilərdən biri, hücüm edən şəxsin girov tutduğu nəfərin əvəzinə, girov olaraq, özünün götürülməsini istədi. Onun telefonu qurlu idi və vəziyyət digər hüquqmühafizəçilər tərəfindən nəzarət altında idi.
Polis atəş səsi eşitdi və mağazaya şturm edərək, teroristi likvidasiya etdi. Onun yanına girov kimi gedən polis isə, yaralıdır.