Fransada yaşayan kürtlər Türkiyə iqtidarının həyata keçirdiyi "Zeytin budağı" əməliyyatını etiraz etdilər
Fransada yaşayan kürtlər, Türkiyənin həyata keçirdiyi “Zeytin budağı” əməliyyatını etiraz etmək məqsədi ilə Parisdə aksiya keçirdilər.
Etiraz aksiyasında yüzlərlə insan iştirak etdi.
Etiraz aksiyasının iştirakçıları Türkiyənin prezidenti Rəcəp Tayyip Erdoğanı günahsız əhalinin öldürülməsində ittiham edirdilər.
Etiraz edənlər həmçinin, gərəkən reaksiya göstərmədiyi üçün qərb ölkələrini də tənqid etdilər.
Analoji etiraz aksiyası Strasburqda da keçirildi.
Suriyəli kürtlərin nümayəndələri bəyan edirlər ki, Türkiyənin həyata keçiridi hərbi əməliyyat nəticəsində 150 günahsız insan öldü. Ölənlər arasında uşaqlarda var idi.