Fransanın cənub-şərqində, Var departamentində iki hərbi vertolyot qəzaya uğrayıb.
Reutersin məlumatına görə, hadisə nəticəsində 5 nəfərin meyiti aşkar edilib. Vertolyotlarda ümumilikdə 6 nəfərin olduğu bildirilir.
Hazırda qəza yerində, Sen-Trope kurort şəhərindən 50 km aralı, Karsez gölünün yaxınlığında xilasedicilərin işlədiyi bildirilir.
Qəzanın baş vermə səbəbi hələ bilinmir.