Fransada ümumi karantin rejimi elan edildi
Fransada ümumi karantin rejimi elan edildi

Bugündən etibarən Fransada ümumi karantin rejimi qüvvəyə mindi.

2020-ci ildə, fransızlar ikinci dəfə karantin şərtlərində yaşayacaqlar.

Məhdudiyyətlər çərçivəsində, vətəndaşlar evlərindən sadəcə məhsul almaq və ya həkimə getmək üçün çıxa biləcəklər.

Bununla yanaşı, iş vəzifələrini distansiyalı şəkilə yerinə yetirə bilməyən şəxslər, iş yerlərinə gedə biləcəklər.

Fransızlara evlərinin yanında bir kilometrlik radiusda məşq etmək üçün icazə verilir.

Sosiyal kontaktlar və regionlara getmək qadağandır, ancaq ölkə sərhədləri açıq qalır.

Həmçinin, karantinə baxmayaraq, məktəblər bağlanmır və altı yaşdan yuxarı olan şagirdlər sinif otaqlarında tibbi maska ilə oturacaqlar.

Qəzet kioskları, qida və optika mağazaları açıq olacaq.

Mehmanxanalar da açıq olacaq, ancaq müştəriləri məhdud sayda qəbul edə biləcəklər.

Fransada karantin rejimi dekabrın 1-ə qədər qüvvədə olacaq.

Qaydaların pozulduğu halda cərimə 135 avrodur.