Fransada sinaqoqun dayanacağında avtomobilin partlaması nəticəsində bir polis yaralanıb
Fransada sinaqoqun dayanacağında avtomobilin partlaması nəticəsində bir polis yaralanıb

Fransanın La Grande Motte şəhərində sinaqoqun dayanacağında avtomobilin partlaması nəticəsində bir polis yaralanıb.

Ölkənin Daxili İşlər Nazirliyi avtomobilin yandırılmasının arxasında duran şəxslərin axtarıldığını bildirir.

“Yəhudi həmvətənlərimizi və şəhər sakinlərini əmin etmək istəyirəm ki, respublika prezidenti Emmanuel Makronun göstərişi ilə cinayətkarların həbsi üçün bütün vasitələr səfərbər edilib”. – Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib.