Fransada qanun layihəsinin yenilənmiş versiyası təsdiqlənib, bununla böyük onlayn ticarət platformaları, o cümlədən Shein və Temu məhdudlaşdırılacaq

13:25, 30.06.2026
3BNN9J2 Stacked parcels from the Chinese mail order companies Temu, AliExpress and Shein in a building entrance, photomontage

3BNN9J2 Stacked parcels from the Chinese mail order companies Temu, AliExpress and Shein in a building entrance, photomontage

Fransanın Senatı qanun layihəsinin yenilənmiş versiyasını təsdiqləyib. Sənəd böyük onlayn ticarət platformalarını, o cümlədən Shein və Temu məhdudlaşdırır. Bu barədə məlumatı “Reuters” yayıb.

Məlumata görə, qanun layihəsi parlamentin yuxarı və aşağı palataları arasında iki ildən çox davam edən müzakirələrdən sonra qəbul edilib.

“Reuters” yazır ki, bu müddət ərzində qanunvericilər sənədi Avropa İttifaqının qanunvericiliyi ilə uyğunlaşdırmağa çalışıblar. Layihəyə əsasən, “ultra-sürətli moda” (ultra-fast-fashion) sektorunda fəaliyyət göstərən şirkətlərə bu il hər məhsula görə 0,25–6 avro aralığında vergi tətbiq olunacaq, 2030-cu ilə qədər isə bu məbləğ 10 avroya qədər yüksələcək.

Qanun həmçinin “ultra-sürətli moda” şirkətlərinin reklamını və influenserlər tərəfindən onların məhsullarının tanıdılmasını qadağan edir.

Fransanın Kiçik və Orta Bizneslər naziri Serj Papen bildirib ki, “bu qanunla hədəf alınan sənaye bazarları birdəfəlik istifadə olunan moda ilə doldurur”.

Qanunun qüvvəyə minməsi üçün prezident Emmanuel Makronun imzası tələb olunur.

Oxşar