Fransada məktəb şagirdlərinin etiraz aksiyaları davam edir
Fransada məktəb şagirdlərinin etiraz aksiyaları davam edir. Ölkənin Təhsil Nazirliyinin bildirdiyinə görə, günün əvvəlindən etibarən 564 məktəb qismən və ya tamamilə bağlanıb və ya tətil, yaxud digər növ maneələr səbəbindən tədris prosesi pozulub”. Məlumatı “BBC” yayır.
Fransanın təhsil naziri Eduard Jeffrinin bildirdiyinə görə, Fransanın 3700 orta məktəbindən təxminən 400-ü bağlanıb və bir çox məktəb dərsləri distant şəkildə keçirməyi planlaşdırır.
Fransanın şəhər və qəsəbələrində keçirilən etiraz aksiyaları səbəbindən ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Media etirazçıların böyük hissəsinin dinc nümayişlər keçirdiyini qeyd edir. Lakin oktyabrın 1-də bir neçə nümayiş zorakı hadisələrə çevrilib və buna görə də hökumət kəşfiyyat xidmətləri ilə böhran iclası keçirib.
Şagirdlər polisi həddindən artıq güc tətbiq etməkdə ittiham edir və bildirirlər ki, etiraz aksiyalarını dağıtmaq üçün gözyaşardıcı qaz qumbaralarından tez-tez istifadə olunması nəticəsində insanlar xəsarət alıb.
“France 24″ün məlumatına görə, təxminən 170 şagird xəsarət alıb. Fransanın daxili işlər naziri Jerald Darmanin etiraz aksiyalarında “fəal və zorakı bir azlığın” iştirak etdiyini bildirib.
“Onların orta məktəb şagirdləri olduqlarına belə əmin deyilik”, – deyə o, France RTL radiosuna bildirib.
Fransanın təhsil naziri Eduar Cefrinin bildirdiyinə görə, etiraz aksiyaları başlayandan bəri “yüzdən çox məktəbə ciddi ziyan dəyib”. Onun dediyinə görə, 65 məktəb əməkdaşı, o cümlədən 40 məktəb direktoru xəsarət alıb. Etiraz aksiyalarında 1 949 nəfər saxlanılıb, 305 polis əməkdaşı isə xəsarət alıb.
Medianın məlumatına görə, şagirdlər həddindən artıq dolu sinif otaqları, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.