Fransada məktəb avtobusu qəzasında ölən və yaralanan uşaqların kimliyini müəyyən edə bilmirlər
Fransada məktəb avtobusu qəzasında 10-dan artıq ölən və yaralanan uşaqların kimliyinin müəyyən edilməsi bu vaxta qədər mümkün deyil.
Qəza Fransanın Perpinia şəhərində məktəb avtobusunun və qatarın toqquşması nəticəsində baş verdi.
Perpinia şəhərinin prokuroru bəyan etdi ki, uşaqlar ciddi zərər görüblər.
Məktəb avtobusu relslərdən keçməyə çalışırdı.
Qəza nəticəsində, avtobus iki yerə bölündü.
20-dən artıq uşaq yaralandı, onlardan 11-nın durumu kritikdir.
Qəza nəticəsində zərər görən ən kiçik şagird səkkiz yaşındadır, ən böyük isə, 15.