Fransada, mehmanxanada partlayıcı maddələr saxlayan Ukrayna və Rusiya vətəndaşlığı olan şəxs saxlanılıb
Fransada, mehmanxanada partlayıcı maddələr saxlayan Ukrayna və Rusiya vətəndaşlığı olan şəxs saxlanılıb

 
Fransada, mehmanxanada partlayıcı maddələr saxlayan Ukrayna və Rusiya vətəndaşlığı olan 26 yaşlı kişi saxlanılıb. Donbassda yaşayan kişi “terror təşkilatında iştirak” ittihamı ilə saxlanılıb.

Ukraynalı kişi təsadüfən aseton peroksidi partlatdıqdan sonra saxlanılıb. O, əldəqayırma partlayıcı qurğu hazırlamağa çalışırmış.

Yanıq xəsarətləri aldığı üçün kişini əvvəlcə xəstəxanaya aparıblar, daha sonra isə saxlayıblar. Axtarış zamanı onun mehmanxanadakı otağından partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulmuş materiallar aşkar edilib. Mehmanxana Parisin Şarl de Qoll Hava Limanının yaxınlığında yerləşir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının pul, bir neçə saxta pasport və odlu silah götürməsi haqda məlumat yayılır. Mediada yayılmış məlumata əsasən, şəxsin ola bilsin Rusiyanın xüsusi xidmət orqanları üçün işləməsi variantı müzakirə edilir.