Fransada koronavirusun yeni növü  aşkarlanıb
Fransada koronavirusun yeni növü aşkarlanıb

Fransız alimləri koronavirusun daha bir ştammını kəşf ediblər, onun haqqında hələ çox az şey məlumdur. Bu barədə Fransa mətbuatına istinadən “Deutsche Welle” məlumat yayıb.

Fransanın cənubunda Kamerundan qayıdan bir adamda əvvəllər naməlum ştamm aşkar edilib ki, güman ki o da 12 nəfəri virusa yoluxdurub. İnfeksiyaya yoluxmuş şəxslərdən götürülən test “mutasiyaların atipik birləşməsi”ni göstərib. Koronavirusun bu yeni ştammı müvəqqəti olaraq B.1.640.2 olaraq təyin edilib və Marseldəki Yoluxucu Xəstəliklər İnstitutunun alimi tərəfindən aşkar edilib.

İlkin tədqiqatlar yeni ştammda 46 mutasiya müəyyən edib. Mövcud məlumatlara görə, bu ştammın daha da yoluxucu olması mümkündür, lakin, bu barədə hələlik dəqiq məlumat yoxdur, çünki tədqiqatlar ilkin mərhələdədir.

Hazırda Fransada yoluxmaların 60%-dən çoxunu təşkil edən koronavirusun “Omikron” ştammı üstünlük təşkil edir.