Fransada xəstəxanalardan tibbi maskaları və dezinfeksiya mayelərini oğurlayırlar
Koronavirisin yayılmasından sonra, Fransa xəstəxanalarından 11 mindən artıq tibbi maska və 1 400 şüşə dezinfeksiya mayesi oğurlanıb.
Bu haqda məlumatı “Le Figaro” nəşriyyatı yayır.
Medya vasitəsinin məlumatına görə, keçən həftənin sonunda Parisin Bişe xəstəxanasından 2000-dən artıq qoruyucu maska oğurlandı.
Yenə 2000 maska Marsel hospitalından oğurlanıb.
Fransanın Səhiyyə Naziri Olivye Veranın bəyanatına görə, medpersonalın tələbini qane etmək üçün nazirlik 20 milyon tibbi maska aldı.