Fransada, xəstəxanada baş verən yanğın nəticəsində 1 nəfər həlak oldu, səkkizi isə, ağır xəsarət aldı
Fransada, xəstəxanada baş verən yanğın nəticəsində 1 nəfər həlak oldu, səkkizi isə, ağır xəsarət aldı

Fransada, xəstəxanada baş verən yanğın nəticəsində 1 nəfər həlak oldu, səkkizi isə, ağır xəsarət aldı.

Bu barədə məlumatı yerli medya yayır.

Yayılan məlumata əsasən, xəsarət alanlar arasında iki yanğın söndürən var.

Parisin kənar məhəlləsində yerləşən tibb mərkəzində yanğın gecə saatlarında baş verdi.

Yanğın söndürənlər xəstəxanadan 50 nəfərin evakusiyasını həyata keçirə bildilər.

Yerli medyanın yaydığı məlumata görə, xilas edicilər 10 nəfəri balkonlardan kəndirlə düşürdülər.

Yanğın söndürənlər yanğını sabaha yaxın saatlarda söndürə bildilər.

Yanğının baş verməsinin səbəbi hələlik naməlumdur.

Hadisə ilə bağlı istintaq aparılır.