Fransada gürcü kriminal qruplaşmasının 34 üzvü məhkəmə qarşısına çıxardıldı, onların arasında dördü qadındır
Fransada gürcü kriminal qruplaşmasının 34 üzvü məhkəmə qarşısına çıxardıldı, onların arasında dördü qadındır.
“Frans Pres”-in yaydığı məlumata görə, Nansi şəhərinin məhkəməsinin qarşısına 34 nəfər çıxardıldı, onlardan dördü qadındır.
İstintaqın məlumatına görə, təqsirləndirilənlərin əksəriyyəti milliyətcə gürcüdür.
Onlar oğurluqla və pul qopardmaqla ittiham edirlər.
Fransalı hüquqmühafizəçilərinin məlumatına görə, kriminal qrup həmçinin Almaniyada, Belçikada, İsveçrədə, Holandiyada və Avropanın digər ölkələrində, illər ərzində, cinayətlər törədirdilər.
Həbs olunanlar arasında, gürcülərdən başqa azərbaycanlılar və ruslar da var.
Onlar yaşları 25-dən 61-ə qədərdir.
Suçlarının təsdiqləndiyi halda, həbs edilən şəxslərə 10 il həbs cəzası veriləcək.
Məhkəmə prosesi iyunun 15-ə qədər davam edəcək.