Fransada etiraz aksiyaları zamanı 76 nəfər xəsarət alıb, Lill, Bordo və Lion şəhərlərində məktəblər bloklanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşma halları artıb
Fransada etiraz aksiyalarının başlamasından sonra 76 nəfər xəsarət alıb. Bu barədə Fransanın təhsil naziri Eduar Jefre bildirib.
Fransanın şəhərlərində məktəb şagirdlərinin etirazı polis ilə toqquşmalara çevrilib.
“Reuters”in yazdığına görə, Lill, Bordo və Lion şəhərlərində bir neçə orta məktəbin bloklanması ilə paralel olaraq, şagirdlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında yeni gərginlik ocaqları yaranıb.
Medianın məlumatına görə, Lion və Lill şəhərlərində nümayişçilər polislərə müxtəlif əşyalar atırdılar. Təhsil şəraiti və məktəblərdə resurs çatışmazlığı ilə bağlı tələblər fonunda yanğınlar, qarşıdurmalar və həbslərin sayı artır.
“Həddindən artıq dolu sinif otaqları, müəllim çatışmazlığı, iş şəraiti, demək olar ki, hökumətin öz prioritetləri var”, – şagirdlərdən biri qeyd edib.
Bordoda, orta məktəblərədn birinin qarşısında güclü yanğın baş verib. Polisin məlumatına görə, 440 nəfər saxlanılıb. Məktəbləri blokadaya almağa çalışan şagirdlərə qarşı gözyaşardıcı qazdan istifadə olunub. Aksiyalara ifrat solçu “Tabe Olmayan Fransa” partiyasının nümayəndələri də qoşulub.