Son 24 saat ərzində, Fransada COVİD-19-un 11 532 yeni halı qeydə alındı və 790 nəfər həlak oldu.
Bu haqda məlumatı “The Guardian” nəşriyyatı, Fransanın Səhiyyə Nazirliyinə istinadən yayır.
Pandemiyanın başladığı gündən, bugünə qədər Fransada koronavirusun iki milyondan çox halı qeydə alınıb, həlak olanların sayı isə, 59 072 nəfərdir.