Fransada Azərbaycanlı jurnalistə edilən hücüm nəticəsində həyat yoldaşı öldü
Fransanın Tuluza şəhərində Azərbaycanlı jurnalist Rasim Namazova və həyat yoldaşına hücum edildi.
Namazova odlu silahdan atəş açıldı. O ağır vəziyyətdədir, həyat yoldaşı isə, hadisə yerində həyatını itirdi.
Hüquqmühafizəçilərin məlumatına görə, atəş açılan zaman Namazov və onun həyat yoldaşı avtomobil ilə hərəkət edirdilər.
Namazov və ailəsi 2010-cu ildə Fransadan siyasi sığınacaq almışdılar.
Kolomie şəhərinin meri Karin Traval-Mişelin “Frans-presə” verdiyi məlumata görə, baş verən hadisənin siyasi hesablaşma olmadığına inanmaq mümkün deyil, çünki Rasim Namazov öz ölkəsində həbs edilən və işkəncəyə məruz qalan jurnalistdir.
Rasim Namazov Azərbaycan iqtidarını sərt şəkildə tənqid edirdi.
2017-ci ilin dekabr ayında o internet-portal YouTube-da video yaydı, hansında bəyan etmişdi ki, onu Azərbaycan əsgərindəki qəddarlıq haqqında məlumat yaydığı üçün həbs etdilər.