Fransa Xarici İşlər Nazirliyi - Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünü alqışlayırıq, bu ölkələr arasında birbaşa dialoqun davam etdirilməsinə dəstəyimizi bir daha təsdiqləyirik
Fransa Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünü alqışlayır.
Fransa Xarici İşlər Nazirliyində, Fransanın Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına çalışdığını və belə görüşləri alqışladığını bildirirlər.
“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Gürcüstanın paytaxtı Tbilisidə görüşdülər. Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına çalışan Fransa bu görüşü alqışlayır. Fransa münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaq məqsədilə Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun davam etdirilməsinə öz dəstəyini bir daha təsdiqləyir.
Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında Avropa İttifaqının egidiyası ilə aparılan müzakirələri dəstəkləyir” -deyə Fransa XİN-də bildiriblər.