Fransa və Yunanistanda dörd gürcü "qanuni oğru" və kriminal qruplaşmanın 34 üzvü həbs edilib
Fransa və Yunanistanda dörd gürcü "qanuni oğru" və kriminal qruplaşmanın 34 üzvü həbs edilib

Avropol ilə başlayan efektiv əməkdaşlıq nəticəsində, cari ilin aprelin 16-17-də Fransa və Yunanistanda „Caucase Normandie“ adlı xüsusi əməliyyat zamanı dörd gürcü “qanuni oğru” həbs edildi.

Avropanın müxtəlif ölkələrində “Qanuni oğrular”: Laşa Şuşanaşvili, “Laşa Rustavski”, Aleksandre Kobaladze, Ramaz Ğuğunişvili, Nodar Şukakidze, “Nodo Qldanski”,  Merab Asanidze, “Çikora”-nın həbs edildiyi barədə məlumatı Daxili İşlər Nazirliyinin nümayəndəsi xüsusi brifinqdə verdi.

Gürcü, Fransalı və Yunanistanlı hüquqmühafizəçilərinin polis əməkdaşlığı nəticəsində gürcü qanuni oğrularından başqa, Yunanistanda həyata keçirilən xüsusi əməliyyat nəticəsində, müxtəlif ağırlıqda oğurluq faktları ilə bağlı gürcü kriminal qruplarının digər üzvləri də həbs edildilər.

Fransada trans-milli təşkil edilmiş kriminal qruplaşmasının 15 üzvü həbs edildi.

Yunanistanda evləri və mağazaları soyan 23 Gürcüstan vətəndaşı həbs edildi.

Qeyd olunan faktlarla bağlı istintaq Yunanistanın və Fransanın cinayət məcəllələrinə əsasən aparılır.