Fransa və Avstriyada törədilən teror aktlarından sonra, Böyük Britaniya terorist təhlükəsi səviyyəsini artırdı
Fransa və Avstriyada törədilən teror aktlarından sonra, Böyük Britaniya terorist təhlükəsi səviyyəsini artırdı.
Bu haqda məlumatı “The Guardian” yayır.
Nəşriyyatın məlumatına görə, terorist təhlükəsi səviyyəsini artırılması ilə bağlı qərarı, Britaniya iqtidarının terorizm analizi mərkəzi verdi.
Bu deməkdir ki, Böyük Britaniyada terorizm təhlükəsinin dördüncü səviyyəsi elan olundu və teror aktlarını artması ehtimalına görə, əlavə təhlükəsizlik tədbirləri görüləcək.
Xatırladaq ki, Viyanada teror aktı noyabrın 2-də, yerli vaxt ilə, saat 20:00-da baş verdi və dörd nəfər həlak oldu.
Teroristlərdən birini polis likvidasiya etdi.
O Avstriya və Şimali Makedoniyanın ikili vətəndaşlığı olan 20 yaşlı gəncdir.
İstintaq çərçivəsində, hüquqmühafizəçilər 14 nəfəri həbs etdilər.