Fransa "Telegram"ın qurucusu Pavel Durovun qardaşını da axtarılanlar siyahısına daxil edib
Fransa "Telegram"ın qurucusu Pavel Durovun qardaşını da axtarılanlar siyahısına daxil edib

 

Fransa “Telegram”ın qurucusu Pavel Durovun qardaşını da axtarılanlar siyahısına daxil edib. Bu barədə “Politico” məlumat yayır.

Nikolay Durov haqqında həbs qərarı mart ayında verilib. “Politico”nun ekskluyiz şəkildə tanış olduğu sənəd, “Telegram”a yönəlik gizli araşdırmanın daha əvvəl başladığını və əvvəllər məlum olduğundan daha geniş olduğunu göstərir.

Söhbət “Telegram”ın uşaqlara qarşı cinsi zorakılıq faktları üzrə istintaqla əməkdaşlıqdan imtina etməsindən gedir. Xüsusilə, istintaq məhkəmə vasitəsilə “Telegram” istifadəçisinin şəxsiyyətinin müəyyən edilməsini tələb edirdi, bu da baş tutmayıb, nəticədə Fransa Durovlar üçün həbs qərarı çıxarıb.

Məlumat üçün bildirək ki, avqustun 24-də Fransa hava limanında saxlanılan Pavel Durovun 96 saatlıq ilkin həbs müddəti bu gün başa çatır, bundan sonra Fransa hüquq-mühafizə orqanları onu azad etməli, və ya o, onun bundan sonrakı taleyinə hakimin qərar verəcəyi məhkəmə qarşısına çıxmalıdır.