Fransa Səfirliyi Gürcüstan vətəndaşlarının leqal işlə təmin edilməsi ilə bağlı bəyanat yayır
Fransanın Gürcüstandaki Səfirliyi 2013-cü ilin noyabrın 12-də Fransa və Gürcüstan iqtidarları arasında kvalifikasiyalı mütəxəssislərə və tələbələrə Fransada yaşayış izninin verilməsi və sirkulyar miqrasiya haqqında qoyulan razılaşmanın həyata keçirilməsinin şərtləri ilə bağlı bəyanat yayır.
“2013-cü ilin noyabrın 12-də, Parisdə iki tərəfli razılaşma imzalandı, hansına əsasən, Gürcüstan vətəndaşları olan tələbələrə və kvalifikasiyalı mütəxəssislərə (18-dən 35 yaşına qədər) Fransada müvəqqəti yaşayış izni verilir.
Söhbət Gürcüstan və Fransa arasında mübadilə miqrasiyası razılaşmasından gedir, hansına əsasən, gürcü və fransız tələbələri mübadilə proqramı çərçivəsində Gürcüstanda və Fransada müvəqqəti olaraq, kvalifikasiyalarını artırmaq məqsədi ilə, ancaq daha sonra ölkəsinə qayıda bilmək şərti ilə, müvəqqəti olaraq Fransada yaşayış və işləmək izni ala biləcəklər. Lakin, kvalifikasiyasını yüksəldmək məsqəsdi ilə, Fransada müvəqqəti yaşayış izni istəyənlərin sayı 150 nəfəri aşmamalıdır.
Fransa Səfirliyi qeyd olunan razılaşmanın şərtlərinin düzgün şəkildə həyata keçirilməsi ilə bağlı gərəkli məlumatı yayacaq” – deyilir səfirliyin bəyanatında.