Fransa səfiri - Antiterorist əməliyyatı göstərdi ki, gürcü xüsusi təyinat xidmətləri yaxşı işləyirlər
Fransanın Gürcüstandaki diplomatik missiyasının rəhbəri Paskal Menie, Beri Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyyat haqqında danışdı. O gürcü xüsusi təyinat xidmətlərinin işləməsini müsbət dəyərləndirdi və qeyd etdi ki, Fransa Gürcüstana terorla mücadələdə dəstək verir.
“Keçən həftə Beri Qabriel Salosi küçəsində baş verənlər bizi şok etdi. O zaman Batumidəydim və olanları televiziyalardan öyrəndim. Əlbətdə ki, teroristlərin o evə o qədər silah yığa bilmələri xoşa gəlməzdir, ancaq əsas odur ki, onların likvidasiyası və həbs edilməsi mümkün oldu. Fransada bir çox terakt oldu, ona görə də, Gürcüstana həmrəyliyimizi bildirmək istəyirəm və birdaha vurğulamaq istəyirəm ki, terora qarşı mücadələdə ən əsas bir-birimizlə əməkdaşlıq etməkdir, ancaq bu şəkildə mücadələmiz efektiv ola bilər” – dedi Paskal Menie.