Fransa prezidenti Şengen zonasında azad hərəkat etmənin məhdudiyyətləşdirilməsi ideyası ilə çıxış etdi
Fransa prezidenti Şengen zonasında azad hərəkat etmənin məhdudiyyətləşdirilməsi ideyası ilə çıxış etdi

Fransa prezidenti Şengen zonasında azad hərəkat etmənin məhdudiyyətləşdirilməsi ideyası ilə çıxış etdi.

Bu barədə bəyanatı Emanuel Makron Fransada törədilən teror aktlarına cavab olaraq verdi.

Emanuel Makronun dediyinə görə, baş verənlərə görə, Şengen zonasında islahatların aparılması üçün ehtiyyac yarana bilər.

Fransada son bir ay ərzində, iki terakt baş verdi. Onlardan birində, Nitsda iki nəfər həlak oldu. Terorçu Tunisli miqrant idi.

Ona qədər isə, Parisdə 18 yaşlı çeçen gənci Fransalı pedaqoqu qətlə yetirmişdi.

Teraktlara görə, Fransada təhlükəsizlik tədbirləri sərtləşdirildi. Sərhədlərin nəzarəti də gücləndirilib.

Fransa və İspaniya sərhədinə ziyarət edən zaman, Fransa lideri bəyan etdi ki, sərhəd mühafizəçilərinin sayı da artacaq.

Makron həmçinin qeyd etdi ki, Avropa İttifaqının növbəti sammitində, o yeni təşəbbbüs irəli sürəcək, hansı ki, Avropa İttifaqı daxilindəki sərhədlərin nəzarətinin gücləndirilməsini nəzərdə tutur.

“Bu təşəbbüs Avropa İttifaqının sərhədlərində nəzarətin gücləndirilməsini və sərhədlərin təhlükəsizliyini nəzərdə tutur” – dedi Makron.