Fransa müsəlman ölkələrində yaşayan vətəndaşlarını ehtiyyatlı olmağa çağırdı
Fransa müsəlman ölkələrində yaşayan vətəndaşlarını ehtiyyatlı olmağa çağırdı

Fransa müsəlman ölkələrində yaşayan vətəndaşlarını maksimal şəkildə ehtiyyatlı olmağa çağırdı.

Bu bəyanat Fransa Xarici İşlər Nazirliyi tərəfindən bir neçə ölkədə Fransaya qarşı keçirilən etiraz aksiyalarından sonra verildi.

Fransa Xarici İşlər Nazirliyi bu bəyanatı xüsusi ilə İndoneziya, Türkiyə, Banqladeş və İraqda yaşayan vətəndaşları üçün yayıb.

Nazirlik vətəndaşlarını kütləvi toplaşma yerlərindən uzaq durmağa çağırır.

Bütün bunlar Fransada bir müəllimin qətlə yetirilməsi faktı ilə bağlı Fransa prezidentinin sərt bəyanatından sonra baş verdi.

Məlum olduğu kimi, gənc pedaqoq Semuel Petin qətlə yetirilməsində ittiham edilən şəxs etnik çeçen vətəndaşıdır.

Qətlin səbəblərindən biri olaraq isə, müəllim tərəfindən sinifdə Məhəmməd Peyğəmbərinin karikaturalarının göstərilməsi adlandırılır.

Müəllimin qətl faktı ilə bağlı Fransa prezidenti bəyan etdi ki, Fransada artıq radikal islama qarşı tədbirlər sərtləşdiriləcək.

Emanuel Makronun dediyinə görə, Fransada söz azadlığı həmişə qorunacaq və karikaturaların yayılması davam edəcək.

Makronun bəyanatına cavab olaraq, Türkiyədə, Banqladeşdə, Qatarda və Kuveytdə Fransa mallarına boykot çağırışları edildi.