Fransa XİN-nin mətbuat katibi - Atəşkəs razılaşması mütləq yerinə yetirilməlidir ki, Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurma həmişəlik dayandırılsın
Fransa Azərbaycan və Ermənistan arasında nail olunan atəşkəs razılaşmasını salamlayır.
Bu barədə bəyanatı Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Aqnes Fon Der Miul verdi.
Onun dediyinə görə, indi əsas olan atəşkəs razılaşmasının yerinə yetirilməsidir.
“İndi diqqət yetirilməlidir ki, atəşkəs razılaşması mütləq yerinə yetirilsin ki, Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurma həmişəlik dayandırılsın” – deyib Aqnes Fon Der Miul.
Fransa XİN-nin mətbuat katibinin dediyinə görə, Minsk qrupunun egidası ilə danışıqların hərhansı şərtsiz davam etdirilməsi təmin edilməlidir.
Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsin pozulması haqqında razılaşma bugün saat 12:00-dan qüvvəyə mindi.
Sergey Lavrovla bərabər Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakyanın görüşü dünən Moskvada 10 saatdan artıq davam etdi.
Görüş başa çatdıqdan sonra, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin birgə bəyanatları yayıldı. Bəyanatın mətni Rusiya Xarici İşlər Nazirliyini veb-səhifəsində yerləşdirilib.
Bəyanata görə, atəşkəs oktyabrın 10-dan, saat 12:00-dan humanitar məqsədlə, cəsədlərin yığılması və əsirlərin dəyişdirilməsi üçün, Beynəlxalq Qızıl Xaç komitəsinin meyarları nəzərdə tutularaq, qüvvəyə minəcək.
Sənədə əsasən, atəşkəsin konkret parametrləri sonradan əlavə ediləcək.
Bununla yanaşı, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə, münaqişələrin tənzimlənməsinin baza prinsiplərinə dayanaraq, münaqişənin sülh yolu ilə həll edilməsi üçün”substansiyalı danışıqlara” keçəcəklər.