Fransa Xarici İşlər Nazirliyi Gücüstan vətəndaşlarının Fransada leqal şəkildə işlə təmin ola biləcəkləri haqqında məlumat yayır
Fransa Xarici İşlər Nazirliyi Gücüstan vətəndaşlarının Fransada leqal şəkildə işlə təmin ola biləcəkləri haqqında məlumat yayır

Fransa Gürcüstan vətəndaşlarının orada leqal şəkildə işləməsi ilə bağlı qanunu təsdiqlədi.

“Gürcüstan və Fransa iqtidarları arasında kvalifikasiyalı mütəxəssislərin Fransada yaşamaq haqqı və sirkulyasiyalı miqrasiyası ilə bağlı” razılaşmanın ratifikasiyası haqqında məlumatı Fransanın Xarici İşlər Nazirliyi yaydı.

Gənc mütəxəssislər, xüsusi ilə də Fransada təhsil alanlar orada leqal şəkildə işləyə biləcəklər.

Gürcüstanın Xarici İşlər Nazirinin müavini Vaxtanq Maxaroblişvili Fransada Gürcüstan vətəndaşlarının leqal formada işlə təmin edilməsi ilə bağlı nail olunan razılaşma haqqında açıqlama verdi.

Maxaroblişvilinin dediyinə görə, qanunun təsdiqlənməsi demək deyil ki, sabahdan hər bir Gürcüstan vətəndaşı Fransaya gedə bilər.

Onun dediyinə görə, Fransada tələb olunan konkret sahənin mütəxəssislərinin, peşəkarların identifikasiyası keçiriləcək və professiyonal vətəndaşlar bundan sonra Fransaya gedə biləcəklər.

Maxaroblişvilinin bəyanatına görə, qeyd olunan məsələ ilə bağlı konsultasiyalar digər ölkələrlə də aparılır.

Belə razılaşmanın qoyulmasına Bolqarıstan və Almaniya da razı oldular.