Fransa iqtidarı miqrasiya siyasətini sətləşdirməyi planlaşdırır.
Bu barədə məlumatı Reuters agentliyi yayır.
Müvafiq qanunlayihəyi nazirlər kabineti parlamentə bugün təqdim edəcək.
Qanunlayihəyə əsasən, qeyri-leqal miqrantların saxlanma müddəti 45-dən 90 günə qədər artır. Bununla yanaşı, sığınacaq vermək üçün rədd cavabını şikayət etmək üçün sadəcə 15 gün verilir.
Həmçinin, miqrasiya mərkəzlərinin yoxlanışı sərtləşdirilir və sərhəddən qeyri-qanuni şəkildə keçmək bir illik həbs ilə cəzalandırırlır.
İqtidar nümayəndələrinin bəyanatına görə, ölkə siyasəti miqrasiya məsələlərində ədalətli olmalıdır və ona görə də, qanunlayihə yeniyetmələrə sığınacaq vermə prosesini asanlaşdırır.
Emanuel Makronun təşəbbüsünü hüquq müdafiyəçiləri tənqid edirlər.
Ancaq cari ildə BVA şirkəti tərəfindən keçirilən tədqiqatın nəticələrinə əsasən, Fransa əhalisinin 63 faizi hesab edir ki, ölkədə həddindən çox miqrant var.
2017-ci ildə Fransadan sığınacaq istəyənlərin sayı 100 000-i aşdı.