Fransa hökuməti diplomatların ailə üzvlərinin İrandan təxliyəsi barədə sərəncam verib
Fransa hökuməti diplomatların ailə üzvlərinin İrandan təxliyəsi barədə sərəncam verib

Fransa hökuməti diplomatların ailə üzvlərinin İrandan təxliyəsi barədə sərəncam verib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi İranın İsrailə gözlənilən hücumu ilə bağlı yayılan məlumat fonunda bu barədə açıqlama verib.

Eyni zamanda, Fransa Xarici İşlər Nazirliyi vətəndaşları İran, Livan və İsrailə səfərlərdən təmkinli davranmağa çağırıb.

Parisin rəsmi qərarına əsasən, Fransa dövlət məmurlarına bu ölkələrdə hər hansı missiya yerinə yetirmək qadağan edilib.

Bundan əvvəl Fransa, Böyük Britaniya, Kanada və Avstraliyanın xarici işlər nazirlikləri öz vətəndaşlarına İsrailə səfərdən təmkinli davranmalarını tövsiyə etmişdilər.

ABŞ həmçinin diplomatları və onların ailə üzvlərinin İsrailə girişinə qadağa qoyub.

Məlumat üçün bildirək ki, aprelin 1-də İranın Suriyanın paytaxtında konsulluğuna hücum zamanı “İran İnqilabı Keşikçiləri Korpusu”nun 6 yüksək rütbəli zabiti öldürüldükdən sonra İran İsraili hücumla hədələyib.