Fransa Ermənistan və Azərbaycanı sərhədin demarkasiyası prosesini davam etdirməyə çağırır
Fransa Ermənistan və Azərbaycanı sərhədin demarkasiyası prosesini davam etdirməyə çağırır

 
Fransa Ermənistan və Azərbaycanı sərhədin demarkasiyası prosesini davam etdirməyə çağırır. Fransanın Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, demarkasiya prosesi 2024-cü ilin aprelin 19-da qəbul edilmiş prinsiplər, eləcə də ərazidə həyata keçirilən demarkasiya işləri əsasında aparılmalıdır.

Fransa Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqların yeni raundunu alqışlayır. Fransa ölkələri iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır.

“Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”-deyə Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.