Fransa Ədliyyə Naziri – Müəllimlərə və ya dövlət qulluqçularına hücum edildikdə, ədalət mühakiməsi buna müvafiq şəkildə reaksiya verməlidir, övladlarının hərəkətlərinə görə valideynlər məsuliyyət daşımalıdırlar
Müəllimlərə və ya dövlət qulluqçularına hücum edildikdə, ədalət mühakiməsi buna müvafiq şəkildə reaksiya verməsi aydındır, – bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanin bildirib.
“Fəal və zorakı bir azlıq mövcuddur, biz bu insanları həbs etməli və ədalət mühakiməsinə təslim etməliyik”, – deyə Jerald Darmanin qeyd edib.
Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 28-dən bəri orta məktəblərin blokadası ilə bağlı baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində təxminən 1 793 nəfər saxlanılıb. Onların 90 faizi azyaşlılardır, saxlanılanların üçdə biri isə fiziki şəxslərə qarşı zorakılıq törətməkdə ittiham olunur.
“Baş prokurorlardan xahiş etdim ki, prokurorlardan mümkün qədər tez qətiyyətli reaksiya tələb etsinlər, lakin hər şeydən əvvəl mülki məsuliyyətin müəyyən edilməsini istəsinlər; yəni, valideynlər övladlarının törətdiyi əməllərə görə maliyyə və həmrəy məsuliyyət daşısınlar”, – Fransanın ədliyyə naziri bildirib.