Fransa, Almaniya və Böyük Britaniya səfirləri Rusiya Xarici İşlər Nazirliyini tərk ediblər. Fransa səfiri bildirib ki, “çox yaxşı müzakirə baş tutdu”
Fransa, Almaniya və Böyük Britaniya səfirləri Rusiya Xarici İşlər Nazirliyi binasını tərk ediblər.
Nicolas de Rivière Rusiya mətbuatına qısa açıqlama verib.
“Çox yaxşı müzakirə oldu və daha sonra bəyanat yayacağıq”, – deyə Fransa səfiri bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi səfirlərin nazirliyə gəlişini əks etdirən video yayıb. Səfirlərin hansı mövzu ilə bağlı gəldiyi və görüşün hansı nəticə ilə bitdiyi isə hələlik açıqlanmayıb.