Frankofoniya Parlament Assambleyasının büro üzvləri işğal xətti yaxınlığındakı Odzisi kəndində olublar
Frankofoniya Parlament Assambleyasının büro üzvləri işğal xətti yaxınlığındakı Odzisi kəndində olublar

Frankofoniya Parlament Assambleyasının (APF) büro üzvləri və Gürcüstan parlamentinin əksəriyyətinin üzvləri işğal xəttinə yaxın olan Odzisi kəndində olublar. Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri Rusiya Federasiyası tərəfindən həyata keçirilən işğalın nəticələri barədə Frankofoniya Parlament Assambleyasının sədri Frensis Drouine və büro üzvlərinə məlumat veriblər.

Gürcüstan parlamentinin assambleyadakı nümayəndə heyətinin rəhbəri Davit Sonğulaşvilinin bəyanatına əsasən, Frankofoniya Parlament Assambleyasının büro üzvləri vəziyyətlə yerində tanış olublar.

“Mövcud vəziyyəti öz gözləri ilə görmələri vacibdir. Ümid edirik ki, assambleya üzvlərindən maksimum dəstək alacağıq”, – Davit Sonğulaşvili bildirib.

Frankofoniya Parlament Assambleyasının prezidenti Frensis Drouinin dediyinə əsasən, assambleya Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.