Frankfurt kitab sərgisi üçün hazırlıq işlərinə Mədəniyyət Naziri rəhbərlik edəcək
Frankfurt kitab sərgisinin hazırlıq işlərinə Mədəniyyət naziri Mixeil Giorqadze rəhbərlik edəcək. Müvafiq qərarı Mixeil Giorqadze yazıçılar və naşirlərlə növbəti görüş zamanı verdi.
“Frankfurt kitab sərgisinin dövlət əhəmiyyətindən irəli gələrək, qərar verdik ki, bu layihəyə şəxsən rəhbərlik edəcəm. Sadəcə siyasi məsuliyyəti nəzərdə tutmuram, hər bir istiqamətin rəhbərliyini nəzərdə tuturam. Bu qərarımı yazıçılara və naşirlərə bildirdim və bununla bağlı kimsənin etirazı olmayıb” – dedi Mədəniyyət Naziri.
Frankfurt kitab sərgisi layihəsindən Manana Berikaşvili dünən çıxdı.