Frank Valter Ştaynmayer - müstəqillik yolu, bu gürcü xalqının iradəsidir, demokratik, azad dövlət yaratsın
Müstəqillik yolu, bu gürcü xalqının iradəsidir, demokratik, azad dövlət yaratsın, – bu barədə Almaniya prezidenti, Frank Valter Ştaynmayer Gürcüstan prezidenti, Salome Zurabişvili ilə görüşdən sonra, birgə bəyanatlar zamanı bəyan etdi.
Ştaynmayer Salome Zurabişviliyə ev sahibliyi üçün minnətdarlığını bildirdi və qeyd etdi ki, Almaniya prezidenti rütbəsində onun Gürcüstana ilk səfəridir.
Frank Valter Ştaynmayer Gürcüstan və Almaniya əməkdaşlığı barəsində söhbət etdi.
“Bu siyasi, iqtisadi, mədəni əməkdaşlıqdır. Sevinirəm ki, Almaniya prezidenti rütbəsində Gürcüstana gəldim. Müstəqillik yolu, bu gürcü xalqının iradəsidir, demokratik, azad dövlət yaratsın. Almaniya bunu yalnız müşahidə etmir, bu yolda Gürcüstana fəal dəstək olur”, – Ştaynmayer bəyan etdi.