"France Presse" - İranda yeddi nəfər edam edildi
"France Presse" - İranda yeddi nəfər edam edildi

İranda iki qadın və beş kişi olmaqla yeddi məhbus edam edildi.

“France Presse” agentliyinin məlumatına görə, onlardan yalnız biri – 27 yaşlı Fatimə Abdullahi həyat yoldaşının qətlində, digərləri isə narkotiklərlə bağlı işlərdə ittiham olunurdular.

İnsan haqları təşkilatlarının məlumatına görə, sadəcə cari ildə İranda 223 nəfər edam edildi, onlardan 50-si may ayında.

Onların çoxu qadındır ki, bu da ölüm cəzasının ən yüksək cəza növü hesab olunduğu digər ölkələrlə müqayisədə rekord göstəricidir.

Fəalların bəyanatına görə, məhkum olunan qadınların əksəriyyəti məişət zorakılığının qurbanıdır.