Fövqəladə Halların İdarəedilməsi Xidməti yüksək temperatur səbəbilə meşə yanğınları riskinin artması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edir
Fövqəladə Halların İdarəedilməsi Xidməti yüksək temperatur səbəbilə meşə yanğınları riskinin artması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edir

 

Ölkə ərazisində meşə yanğınlarının qarşısının alınması və mümkün fəsadların aradan qaldırılması məqsədilə, sizi yüksək mülki məsuliyyət göstərməyə, kənd təsərrüfatı torpaqlarında, meşə və ya çöl yaxınlığında ocaq qalamamağa, eləcə də yanğın ocaqlarını nəzarətsiz qoymamağa çağırırıq – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin açıqlamasında qeyd olunur.

“Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlik tərəfindən Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinə verilən məlumatda , avqustun 28-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraitinin qorunub saxlanacağı deyilir. Bundan başqa, havanın yüksək temperaturu ilə yanaşı, Kolxeti ovalığında, Zemo İmereti, Qara dənizin sahilyanı rayonlarında, Qori-Surami hissəsində və dağlıq bölgələrin bəzi rayonlarında güclü küləyin əsəcəyi də gözlənilir ki, bu da meşə yanğınları riskini daha da artırır.

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti ölkə ərazisində meşə yanğınlarının qarşısının alınması və mümkün fəsadların aradan qaldırılması məqsədilə, sizi yüksək mülki məsuliyyət göstərməyə, kənd təsərrüfatı torpaqlarında, meşə və ya çöl yaxınlığında ocaq qalamamağa, eləcə də yanğın ocaqlarını nəzarətsiz qoymamağa çağırır.

Məişət tullantılarının öz-özünə alovlana biləcəyini nəzərə almaq lazımdır, müvafiq olaraq ətraf mühiti çirkləndirməyin və meşə yanğınlarının yaranmasını təşviq etməyin.

Tüstü və ya yanğın qeydə alsanız dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə ,112-yə xəbər verin”- deyə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin açıqlamasında deyilir.