Fövqəladə Halların İdarəedilməsi Xidməti Mestia və Lentexi ərazisində iki vətəndaşın axtarış-xilasetmə əməliyyatı ilə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin bəyanatında, yanğın-xilasetmə qüvvələrinin əməkdaşlarının Mestia və Lentexi ərazisində itkin düşmüş 2 vətəndaşın axtarış-xilasetmə işlərini intensiv rejimdə ikinci gündür davam etdirdikləri deyilir.
Fövqəladə Halların İdarəedilməsi Xidmətinin xüsusi hallara cavab idarəsinin Tbilisi, İmereti və Mestia dağ-xilasetmə qüvvələri və xilasedici dronlar axtarış-xilasetmə əməliyyatına qoşulub.
Fövqəladə Halların İdarəedilməsi Xidmətinin məlumatında, meteoroloji şəraitlə əlaqədar bu mərhələdə sərhəd polisi helikopterinin xilasetmə əməliyyatına cəlb edilməsinin imkansız olduğu deyilir.
“Axtarış işlərinə yanğın-xilasetmə qüvvələri ilə birlikdə Daxili İşlər Nazirliyinin bütün aidiyyəti bölmələri qoşulub. Hadisə ilə bağlı məlumat iyulun 24-də İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzinə 112-yə daxil olub, bundan sonra da Fövqəladə Halların İdarəedilməsi Xidməti dərhal reaksiya verib” – bəyanatda qeyd olunub.