Fövqəladə Halların İdarəedilməsi Xidməti çöl yanğınlarının qarşısını almaq məqsədilə Kaxetidə səhra əməliyyatları qərargahı açıb
Fövqəladə Halların İdarəedilməsi Xidməti çöl yanğınlarının qarşısını almaq məqsədilə Kaxetidə səhra əməliyyatları qərargahı açıb

 
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti yanğınların qarşısının alınması və sürətli reaksiya verilməsi məqsədilə Kaxeti bölgəsində, Siğnaği Munisipalitetində səhra əməliyyatları qərargahı açıb.

Kaxeti bölgəsində yanğınsöndürmə-xilasetmə ekipajlarının əlavə olaraq səfərbər edilməsi taxıl biçini prosesi ilə bağlıdır, bu da bir çox hallarda çöl yanğınları riskini artırır.

Qeyd edilməlidir ki, Fövqəladə Halların İdarəedilməsi Xidməti gücləndirilmiş monitorinq məqsədilə xüsusi texnika, eləcə də canlı qüvvə vasitəsilə Axmeta Munisipalitetinin Omalo kəndinə də əlavə qüvvələr səfərbər edib.

Meşə və çöl yanğınlarının qarşısının alınması və vaxtında reaksiya verilməsi Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin prioritet istiqamətlərindən biridir. Yay mövsümündə meşə və çöl yanğınlarının baş vermə riski artır, bu da əksər hallarda vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində ocaq qalanması və ehtiyatsızlıq nəticəsində baş verir.

Fövqəladə Halların İdarəedilməsi Xidməti sakinləri yüksək mülki məsuliyyət nümayiş etdirməyə, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində ocaq qalamamağa, meşə və ya əkin sahələrinə yaxın ərazilərdə yanğın ocaqlarını nəzarətsiz qoymamağa, tüstülənmə və ya yanğın görən kimi dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi “112”yə məlumat verməyə çağırır.