Fövqəladə Halların İdarəedilməsi Xidməti hava şəraitinin pisləşməsi səbəbilə, xüsusilə sahilyanı bölgələrdə yaşayan vətəndaşları ehtiyatlı olmağa çağırır
Fövqəladə Halların İdarəedilməsi Xidməti hava şəraitinin pisləşməsi səbəbilə, xüsusilə sahilyanı bölgələrdə yaşayan vətəndaşları ehtiyatlı olmağa çağırır.
Bu barədə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin məlumatında qeyd olunur.
“Gürcüstanın müxtəlif bölgələrində güclü külək, bol yağıntı və fırtına səbəbilə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri, patrul polisi idarəsi və kriminal polis idarəsinin əməkdaşları yerli munisipalitetlərin nümayəndələri ilə birlikdə səfərbər olunub və öz səlahiyyətləri daxilində müvafiq işləri həyata keçirirlər. Əhalini, xüsusən də sahilyanı bölgələrdə yaşayan vətəndaşları fırtına və pis hava şəraiti ilə əlaqədar sahil xəttində hərəkət etməkdən çəkinməyə çağırırıq” -deyə məlumatda deyilir.